Ağdərədə ermənilər Azərbaycan kolonuna hücum etdi

21:05 - 4 Dekabr 2022

Ağdərədə ermənilər Azərbaycan kolonuna hücum etdi

Bu gün Rusiya sülhməramlılarının müşayiəti ilə Tərtər-Kəlbəcər marşurutu ilə hərəkət edən Azərbaycan kolonuna ermənilər tərəfindən hücum olub.

 

Manset.az Turkustan.az-a istinadən xəbər verir ki, təxribat ermənilər tərəfindən törədilib.

Belə ki, hərəkət zamanı kolon texniki problem səbəbindən dayanıb. Bu zaman ətrafda olan ermənilər tərəfindən azərbaycanlılara qarşı təhqiredici və zorakı hərəkətlər törədilib.

Erməni mənbələrinin bildirdiyinə görə azərbaycanlının minik avtomobilinə də ziyan dəyib.


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin