İranda repressiv qüvvələr azyaşlını vəhşicəsinə döydülər - FOTO

18:11 - 4 Dekabr 2022

İranda repressiv qüvvələr azyaşlını vəhşicəsinə döydülər - FOTO

İranın Abdanan şəhərində repressiv qüvvələr azyaşlını vəhşicəsinə döyüblər.

 

Manset.az xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalında məlumat verilib.

Bildirilib ki, molla hökumətinin xüsusi təyinatlıları atasının həbsinə etiraz və oturaq aksiya keçirən Tiyam Şahmuradi adlı 12 yaşlı qızı ailəsinin gözü qarşısında döyərək oturaq aksiyanın dağıdılmasını tələb ediblər.

Həbs olunanların ailələri vandalların bu hərəkətinə qarşı müqavimət göstəriblər.

Tiyam 14 gündür ki, Abdanan məhkəməsinin önündə oturaq aksiyaya keçirib və atasının azad edilməsini tələb edib.

 


Xəbər xətti

18 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin