Lənkəranda istirahət mərkəzi yandı

08:50 - 19 Avqust 2021

Lənkəranda istirahət mərkəzi yandı

Lənkəran şəhərinin Xolmili kəndində ümumi sahəsi 500 m² olan istirahət mərkəzi kimi fəaliyyət göstərən birmərtəbəli tikilinin dam örtüyünün yanar konstruksiyaları 200 m² sahədə yanıb.

Bu barədə Manset.az  Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Xəbər xətti

20 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin