Sənədsiz evlərlə bağlı yeni açıqlama
25 Noyabr 2024
00:00 - 19 Avqust 2021
Əfqanıstanın ölkəni tərk edən prezidenti Əşrəf Qani artıq ölkəsində siyasi fiqur deyil.
Manşet.az xəbər verir ki, bunu ABŞ Dövlət katibinin birinci müavini Vendi Şerman Dövlət Departamentində keçirdiyi brifinqdə deyib.
Bundan əvvəl BƏƏ Xarici İşlər Nazirliyi Əşrəf Qani və ailəsinin bu ölkədə olduğunu təsdiqləyib. Daha sonra yayılan məlumatlarda onun xəstəxanaya yerləşdirildiyi deyilirdi.
Əşrəf Qani bu gün sosial şəbəkə vasitəsilə əhaliyə müraciətində deyib ki, yaxın zamanda Əfqanıstana qayıdacaq.
Xatırladaq ki, avqustun 15-də “Taliban” silahlıları Kabilə daxil olduqdan sonra Əfqanıstan prezidenti Əşrəf Qani həyat yoldaşı, övladları və iki köməkçisi ilə birgə paytaxtı tərk edib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin