Azərbaycanda şok əməliyyat: Milyonluq dövriyyəsi olan şəbəkə ifşa edildi - VİDEO
20 Sentyabr 2024
21:29 - 18 Avqust 2021
Goranboyda yol qəzasında ölənlərin sayı 4 nəfərə çatıb.
Manşet.az xəbər verir ki, yaralıların sayı 10-dan artıqdır.
***
Goranboyda ölümlə nəticələnən yol qəzası baş verib.
Manşet.az xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan "Ford" markalı mikroavtobusun aşması nəticəsində bir nəfərin öldüyü, 10-a yaxın şəxsin xəsarət aldığı bildirilir.
Yaralanan sərnişinlər 1978-ci il təvəllüdlü Mahmudova Təzəgül Xaliqverdi qızı, 1999-cu il təvəllüdlü Həsənov Mehman Telman oğlu, 1966-cı il təvəllüdlü Həsənova Rəna Kamal qızı, 1972-ci il təvəllüdlü Əsgərov Elşad Abdulla oğlu, 1997-ci il təvəllüdlü Şahverdiyev Sovet Lətif oğlu, 2004-cü il təvəllüdlü Mahmudova Aytən Eyvaz qızı, 1988-ci il təvəllüdlü Əkbərova Aytən Hüseyn qızı, 1976-cı il təvəllüdlü Ağayeva Gülnarə Çərkəz qızı və 1999-cu il təvəllüdlü Bəşirova Rəna Camal qızıdır.
Hadisə yerinə təcili tibbi yardım briqadaları cəlb olunub.
APA
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin