Yasamalda mənzildə qadın meyiti tapıldı

20:37 - 18 Avqust 2021

Yasamalda mənzildə qadın meyiti tapıldı

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

 

FHN-dən Manşet.az-a bildirilib ki, hadisə yerinə cəlb olunan FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1965-ci il təvəllüdlü Stepanova Asya Konstantinovnanın meyitini aidiyyəti üzrə təhvil veriblər.


Xəbər xətti

20 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin