Vasif Talıbovun oğlu Seymur Talıbov işdən çıxarılıb? - Rektordan AÇIQLAMA

11:41 - 1 Dekabr 2022

Vasif Talıbovun oğlu Seymur Talıbov işdən çıxarılıb? - Rektordan AÇIQLAMA

Dünən Naxçıvan Dövlər Universitetinin prorektoru Seymur Talıbovun işdən çıxarılması haqda xəbərlər yayılmışdı. Onun Naxçıvanda baş verən son hadisələr səbəbindən vəzifəsindən azad olunduğu bildirilirdi.

 

Yayılan xəbərlə bağlı Manset.az-ın əməkdaşı Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayevlə əlaqə saxlayıb. O saytımıza açıqlamasında məlumatın yalan olduğunu bildirib.

 

"Seymur müəllimin işdən azad olunması haqda xəbər doğru deyil. Belə bir rəsmi qərar yoxdur. Prorektorun işdən azad olunması məsələsi mənim səlahiyyətimdə deyil, Elm və Təhsil Nazirliyinin səlahiyyətindədir. Buna baxmayaraq, belə bir rəsmi qərar yoxdur. Seymur müəllum universitetin Beynəlxalq Əlaqələr üzrə prorektorudur.

 

Manşet.az


Xəbər xətti

21 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin