"Qarabağ" afrikalı hücumçu transfer etdi

20:19 - 18 Avqust 2021

"Qarabağ" heyətini yeni futbolçu ilə gücləndirib.

Manşet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi seneqallı hücumçu İbrahima Vadjini transfer edib.

Son klubu Norveç "Haugesund"u olan 26 yaşlı forvardla 3 illik müqavilə imzalanıb. Afrikalı oyunçu "Qarabağ"da 25 nömrəli formanı geyinəcək.


Xəbər xətti

20 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin