İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”

15:10 - 25 Noyabr 2022

İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”

6.3.7. işğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”;

44 günlük Vətən müharibəsində işğalçı Ermənistan üzərində qazandığımız parlaq Zəfərimizdən sonra işğaldan azad edilən torpaqlarımızda Böyük Qayıdış üçün Qarabağın hər guşəsində sürətli quruculuq işləri aparılır.

Həmin ərazilərdə minalardan təmizlənməsi prosesi gedir, yollar çəkilir, su və elektrik xətləri bərpa edilir, dağıdılan şəhərlərimizin, qəsəbə  və kəndlərimizin təməli yenidən qoyulur.

Bu gün Azərbaycan dövləti işğaldan azad edilən ərazilərimizdə çox mühüm işlər həyata keçirir. Çoxsaylı infrastruktur layihələri icra olunur, körpülər, yollar salınır, stansiyalar tikilir, yaşayış massivləri salınır.

Qısa zamanda Qarabağda iki hava limanının istifadəyə verilməsi Böyük Qayıdışın dövlətimizin qarşısında dayanan ali, müqəddəs vəzifə olduğunun bariz göstəricisidir.

Millət vəkili Naqif Həmzəyev Manset.az-a açıqlamasında bildirib ki,  işğal edilmiş torpaqlarımızda ermənilər tərəfindən bütün infrastruktur layihələri dağıdıb, tarixi-mədəni abidələr məhv edib və erməniləşdirilib:

Naqif Həmzəyev: Beynəlxalq ictimaiyyət Prezident İlham Əliyevin COVID-19-la  bağlı “vaksin millətçiliyi” əleyhinə olan qlobal təşəbbüslərini dəstəkləyir  - AZƏRTAC

“Həmçinin yaşayış binaları da tamamilə yer üzündən silinmişdi. Yalnız  lazımsız, istifadəyə yararlı olmayan daşlar bu ərazidə qalmışdı. Digər bütün tikintidə istifadə edilməsi mümkün olan materiallar daşınmış və ya başqa yerə köçürülmüşdü. Cənab prezident İlham Əliyevin rəhbərliyi altında ərazilərin layihələndirilməsi, bu ərazilərdə mövcud vəziyyətin öyrənilməsinə başlanıldı. İnventarlaşdırma həyata keçirildi. Azərbaycana dəymiş ziyan öyrənildi.Göründüyü kimi, bütün bu çətin bir vəziyyətdə Azərbaycan bu ərazilərin bərpa edilməsi, yenidən qurulmasına start verdi. Əks təqdirdə biz keçmiş məcburi köçkünlərimizi öz dədə-baba yurdlarına qaytara bilməzdik”.

Millət vəkili əlavə edib ki, hazırda Qarabağda müasir qəsəbələr salınır, tikinti-quruculuq işləri aparılır:

“Cənab prezident İlham Əliyevin sərəncamı ilə bu ərazilərdə "Yaşıl ərazi" elan edildi. Alternativ enerji mənbələrindən istifadəyə üstünlük veriləcəyi nəzərə alındı. Müasir "ağıllı şəhər", "ağıllı kənd", "ağıllı qəsəbə" konsepsiyaları burada tətbiq edilməyə başladıldı. İlkin olaraq yol infrastrukturunun bərpasına başlanıldı. "Zəfər yolu" istifadəyə verildi. Kəlbəcər və Laçın kimi çətin relyefdə yerləşən ərazilərdə dağlardan keçən tunellərin inşasına başladıldı və bu gün də bu tunellərin inşası davam etdirilir.

Ağıllı kənd” layihəsinin birinci mərhələsi açıldı | marja.az

Bütün bunlarla yanaşı, bütün şəhərlərin, rayonların, baş planlarının hazırlanmasına başlandı. Xüsusilə Ağdamda bu işə start verildi. Ağdam müasir şəhər konsepsiyasında tikiləcəkdir. Həmçinin Şuşada da tarixi-mədəni abidələrimiz qorunmaqla orada Şuşanı öz əvvəlki ruhuna qaytarmaq üçün burada xüsusi ləyihələr həyata keçirilir”.

Deputat əlavə edib ki,  Füzuli, Cəbrayıl, Laçın, Qubadlı, Zəngilan və kəlbəcər kimi ərazilərdə də xüsusi baş planların işlənməsinə və baş plan əsasında işlərin həyata keçirilməsinə başlanılıb:

“Bununla yanaşı Qarabağda, Şərqi Zəngəzurda beynəlxalq hava limanlarının inşası həyata keçirildi. Artıq Füzuli və Zəngilan beynəlxalq hava limanları istifadəyə verilib. Laçında isə beynəlxalq hava limanının inşası davam etdirilir. Böyük ehtimalla 2024-cü ilə kimi bu hava limanı da istifadəyə verilə biləcək.

Ilham Aliyev and President of the Republic of Turkey Recep Tayyip Erdogan attended the opening ceremony of Zangilan International Airport 15.jpg

Bu ərazilərdə elektrik enerjisi ilə təminat məsələsi də öz həllini tapmamışdı. Çünki tamamilə bu infrastruktur dağıdılmışdı. Bunu nəzərə alaraq, Azərbaycan tərəfindən ilkin növbədə elektrik enerjisinin fasiləsiz verilməsinin təmin etmək üçün su-elektrik stansiyaları bərpa edildi və ya tikildi, yarımötürücülər istifadəyə verildi. Ən əsası odur ki, bu ərazilərdə vahid elektrik şəbəkəsi formalaşdırıldı və bu elektrik şəbəkəsi də ümumilikdə Azərbaycanın elektrik şəbəkəsinə qoşulub”.

Naqif Həmzəyev vurğulayıb ki, işğaldan azad olunmuş ərazilərdə reallaşdırılacaq “ağıllı şəhər” və “ağıllı kənd” layihələri bölgənin iqtisadi imkanlarının, infrastrukturunun, orada göstəriləcək xidmətlərin və idarəetmə sisteminin yaxşılaşdırılmasına yeni imkanlar yaradacaq:

“Bütün bunlarla yanaşı, məhz "ağıllı kənd" konsepsiyası əsasında Ağalı kəndinin inşasına başlanıldı. Zəngilanda Ağalı kəndi quruldu və artıq keçmiş məcburi köçkünlərimiz bu əraziyə köçürülübdür. Bu, demək olar ki, Qarabağda və Şərqi Zəngəzurda tikiləcək "ağıllı kənd" layihələrinin bir modelidir. Artıq burada normal həyata qayıdış təmin edilibdir. Bununla yanaşı, bizim insanlarımızın məşğulluğunun da təmin edilməsi üçün müasir dövrün tələblərinə cavab verən fabrik və zavodların tikintisinə də başlanılıbdır. Burada meşə massivlərinin salınması, xüsusi aqroparkların salınması və bu ərazilərdə yaşıllıq örtüyünün yenidən bərpa edilməsi üçün xüsusi ekoloji layihələrin həyata keçirilməsi və burada həmin rayon və şəhərlərin mövcud potensialı öyrənilməklə inşası mümkün olacaq. Fabrik və zavodların da qurulmasına start verildi.

Bütün bunlarla yanaşı, bu ərazilərdə alternativ enerji mənbələrinin istifadəsi üçün də xüsusi bir atlas hazırlanıb. Yaxın gələcəkdə xüsusi günəş-elektrik stansiyaları tikiləcəkdir. Artıq BP və digər şirkətlərlə müəyyən anlaşmalar var, qardaş ölkələrdən də Azərbaycana dəstək var. Xüsusilə türk şirkətləri bu proseslərin həyata keçirilməsində yaxından iştirak edir. Həmçinin Qazaxıstan və Özbəkistan tərəfindən də məhz Füzuli və Zəngilan ərazilərində məktəb və yaradıcılıq məktəbləri tikiləcəkdir. Biz düşünürük ki, digər türk dövlətləri də, qardaş dövlətlər də Qarabağın dirçəlməsində, yenidən qurulmasında Azərbaycana öz mənəvi dəstəklərini əsirgəməyəcəklər”.

Aysel Xankişiyeva

Bu yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.


Xəbər xətti

28 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin