İlham Əliyev Sadır Japarovu qarşıladı
24 Aprel 2024
01:00 - 29 Noyabr 2022
Portuqaliya millisi Qətərdə keçirilən dünya çempionatında 1/8 finala vəsiqəni təmin edib.
Manset.az xəbər verir ki, Fernandu Santuşun başçılıq etdiyi kollektiv buna H qrupunun II tur oyununda Uruqvayı 2:0 hesabı ilə məğlub etməklə nail olub. Brunu Fernandeşin vurduğu qollar pireneyliləri sona bir tur qalmış pley-offa daşıyıb.
28 yaşlı yarımmüdafiəçi 54-cü dəqiqədə hesabı açıb. 90+3-cü dəqiqədə isə penaltini dəqiq yerinə yetirən Fernandeş yekun hesabı müəyyənləşdirib.
Bu qələbədən sonra xallarını 6-ya çatdıran Pireney təmsilçisi liderliyini qoruyub. 1 xalı olan Uruqvay və Cənubi Koreya yığmaları 3-4-cü yerləri bölüşdürür. Qana seçməsi isə 3 xalla ikincidir.
Qeyd edək ki, daha əvvəl Fransa və Braziliya milli komandaları vaxtından əvvəl qrupdan çıxmağı rəsmiləşdirib.
00:51
Qətərdə keçirilən dünya çempionatının H qrupunun II turunda Portuqaliya və Uruqvay yığmaları qarşılaşırlar.
Manset.az xəbər verir ki, xəbər verir ki, oyunda hesab dəyişib.
Matçın 90+3-cü dəqiqəsində Bruno Fernandes Portuqaliyanın ikinci qolunu vurub. O, penaltini dəqiq yerinə yetirib.
00:13
Qətərdə keçirilən dünya çempionatının H qrupunun II turunda Portuqaliya və Uruqvay yığmaları qarşılaşırlar.
Manset.az xəbər verir ki, xəbər verir ki, oyunda hesab açılıb.
Qarşılaşmanın 55-ci dəqiqəsində Portuqaliyanın heyətində Bruno Fernandes hesabı açıb.
00:03
Qətərdə keçirilən dünya çempionatının H qrupunun II turunda Portuqaliya və Uruqvay yığmaları qarşılaşırlar.
Manset.az xəbər verir ki, xəbər verir ki, oyunda ikinci hissə başlayıb.
Qarşılaşmada hesab açılmayıb.
23:49
Qətərdə keçirilən dünya çempionatının H qrupunun II turunda Portuqaliya və Uruqvay yığmaları qarşılaşırlar.
Manset.az xəbər verir ki, oyunda ilk hissə başa çatıb.
Qarşılaşmada hesab açılmayıb.
***
Oyun 2-0 hesabı ilə Portuqaliya komandasanın qələbəsi ilə başa çatıb.
***
Qətərdə keçirilən dünya çempionatının H qrupunun II turunda Portuqaliya və Uruqvay yığmaları qarşılaşırlar.
Manset.az xəbər verir ki, oyun saat 23:00-da start götürüb.
***
Bu gün dünya çempionatının qrup mərhələsində günün son matçı baş tutacaq.
Manset.az xəbər verir ki, Portuqaliya yığması Uruqvayla üz-üzə gələcək. Matç saat 23:00-da başlayacaq.
DÇ-2022
H qrupu
2-cit tur
Portuqaliya - Uruqvay
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin