Portuqaliya Uruqvaya qalib gəlib 1/8 finala vəsiqəni təmin etdi - YENİLƏNDİ

01:00 - 29 Noyabr 2022

Portuqaliya Uruqvaya qalib gəlib 1/8 finala vəsiqəni təmin etdi - YENİLƏNDİ

Portuqaliya millisi Qətərdə keçirilən dünya çempionatında 1/8 finala vəsiqəni təmin edib.

Manset.az xəbər verir ki, Fernandu Santuşun başçılıq etdiyi kollektiv buna H qrupunun II tur oyununda Uruqvayı 2:0 hesabı ilə məğlub etməklə nail olub. Brunu Fernandeşin vurduğu qollar pireneyliləri sona bir tur qalmış pley-offa daşıyıb.

28 yaşlı yarımmüdafiəçi 54-cü dəqiqədə hesabı açıb. 90+3-cü dəqiqədə isə penaltini dəqiq yerinə yetirən Fernandeş yekun hesabı müəyyənləşdirib.

Bu qələbədən sonra xallarını 6-ya çatdıran Pireney təmsilçisi liderliyini qoruyub. 1 xalı olan Uruqvay və Cənubi Koreya yığmaları 3-4-cü yerləri bölüşdürür. Qana seçməsi isə 3 xalla ikincidir.

Qeyd edək ki, daha əvvəl Fransa və Braziliya milli komandaları vaxtından əvvəl qrupdan çıxmağı rəsmiləşdirib.

00:51

Qətərdə keçirilən dünya çempionatının H qrupunun II turunda Portuqaliya və Uruqvay yığmaları qarşılaşırlar. 

Manset.az xəbər verir ki, xəbər verir ki, oyunda hesab dəyişib. 

Matçın 90+3-cü dəqiqəsində Bruno Fernandes Portuqaliyanın ikinci qolunu vurub. O, penaltini dəqiq yerinə yetirib. 

00:13

Qətərdə keçirilən dünya çempionatının H qrupunun II turunda Portuqaliya və Uruqvay yığmaları qarşılaşırlar. 

Manset.az xəbər verir ki, xəbər verir ki, oyunda hesab açılıb. 

Qarşılaşmanın 55-ci dəqiqəsində Portuqaliyanın heyətində Bruno Fernandes hesabı açıb. 

00:03

Qətərdə keçirilən dünya çempionatının H qrupunun II turunda Portuqaliya və Uruqvay yığmaları qarşılaşırlar. 

Manset.az xəbər verir ki, xəbər verir ki, oyunda ikinci hissə başlayıb. 

Qarşılaşmada hesab açılmayıb.

23:49

Qətərdə keçirilən dünya çempionatının H qrupunun II turunda Portuqaliya və Uruqvay yığmaları qarşılaşırlar. 

Manset.az xəbər verir ki, oyunda ilk hissə başa çatıb. 

Qarşılaşmada hesab açılmayıb. 

***

Oyun 2-0 hesabı ilə Portuqaliya komandasanın qələbəsi ilə başa çatıb.

***

Qətərdə keçirilən dünya çempionatının H qrupunun II turunda Portuqaliya və Uruqvay yığmaları qarşılaşırlar. 

Manset.az xəbər verir ki, oyun saat 23:00-da start götürüb.

***

Bu gün dünya çempionatının qrup mərhələsində günün son matçı baş tutacaq.

Manset.az xəbər verir ki, Portuqaliya yığması Uruqvayla üz-üzə gələcək. Matç saat 23:00-da başlayacaq.

DÇ-2022

H qrupu

2-cit tur

Portuqaliya - Uruqvay


Xəbər xətti

20 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin