Məktəblərə valideynlərin vaksin olunması ilə bağlı tapşırıq verilib?- Açıqlama

18:12 - 18 Avqust 2021

Məktəblərə valideynlərin vaksin olunması ilə bağlı tapşırıq verilib?- Açıqlama

Təhsil Nazirliyi valideynlərin vaksin olunması ilə bağlı nazirlik tərəfindən xüsusi tələbin olması iddiası ilə əlaqədar yayılan məlumatlara münasibət bildirib.

Manşet.az xəbər verir ki, nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov "Valideynlər də vaksin olunmalıdırmı?" sualını cavablandırıb.

"Son vaxtlar bizə sorğu, telefon zəngi ilə müraciət edən jurnalist həmkarlarımızın əksəriyyəti eyni sualı soruşurlar- məktəblərə valideynlərin vaksin olunması ilə bağlı tapşırıq verilibmi? Cavab budur ki xeyir, verilməyib. Ancaq suala cavab verilərkən, həm də bəli demək istərdik. Niyə? Ona görə ki, yeni tədris ilində məktəb təkcə vaksin olunmuş müəllimdən deyil, həm də vaksinlənmiş valideyndən asılıdır. Bu belə deyilmi!? Bir sözlə, təhsil üçün vaksinasiya bu gün də aktualdır", - deyə o əlavə edib.


Xəbər xətti

20 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin