“Almaniyanın XİN başçısının ittihamları qəbuledilməzdir” - Hikmət Hacıyev
24 Noyabr 2024
13:40 - 18 Avqust 2021
2020-ci ildə Azərbaycanda 336 min tondan artıq pambıq istehsal olunub, pambıq üzrə orta məhsuldarlıq 33,6 sent/ha təşkil edib. Bu, son illər pambıqçılıqda qeydə alınan ən yüksək məhsuldarlıqdır.
Kənd Təsərrüfatı Nazirliyi tərəfindən yayılan bu məlumatın analizindən aydın olur ki, Azərbaycanda ötən il 100 min hektar ərazidə pambıq əkib. Məlumata görə, bu pambıq sahələri 21 rayonu əhatə edir. Ötən il rayonlar arasında ən çox fərqlər Salyan rayonu olub. Rayon pambıqçıları orta məhsuldarlığı 39,15 sent/ha-ya qaldıra biliblər. Salyan rayonunu 37,79 sent/ha məhsuldarlıqla Neftçala izləyib. Ölkənin digər rayonları ümumi məhsuldarlıq göstəricilərinin altında nəticə göstərsələr də, hər halda ən böyük pamçıqçılıq bölgələrimizdə bu rəqəm 30 sent/hektarı keçib. Yevlaxda məhsuldarlıq 32,50 sent/ha, Beyləqanda 32,33 sent/ha, Sabirabadda 31 sent/ha, Saatlıda 30,91 sent/ha, Ağcabədidə 30,78 sent/ha və Goranboyda 30,68 sent/ha səviyyəsində olub.
Məlumat üçün bildirək ki, ötən il ən geniş ərazidə pambıq əkən 6 rayonumuz bunlar idi. Saatlı 14141 hektar ərazidə pambıq əkini ilə birinci yerdə gəlirdi. Onu 10689 ha ərazi ilə Ağcabədi, 10646 hektarla Bərdə, 10061 hektarla Biləsuvar, 9683,5 hektarla Sabirabad və 8743 hektarla Beyləqan rayonları izləyirdi. Bu siyahıların müqayisəli təhlilindən görürük ki, ən böyük 6 pambıqçılıq rayonundan 4-ü məhsuldarlıqda 30 sent/ha baryerini aşıb.
İlk baxışdan bu göstəricilər bəzi oxucularımız üçün asan görünə bilər. Amma ümumdünya pambıq məhsuldarlığı ilə müqayisə edəndə Azərbaycan fermerlərinin bu sahədə ciddi uğura imza atdığını ortaya çıxır. Belə ki, ABŞ-ın Kənd Təsərrüfatı Nazirliyinin (USDA) 2020/2021 istehsal mövsümünə dair proqnozlarında dünyada 32,3 milyon hektar sahədə 24,6 milyon ton pambıq istehsal ediləcəyi təxmin olunurdu. Bu isə hektar başına 8 sentner pambıq deməkdir. Göründüyü kimi, Azərbaycan pambıqçıları dünya ortalamasını 4 dəfə üstələyiblər.
Hesabata görə, dünyada ən çox pambıq istehsal edən bir neçə ölkəsi arasına girən Özbəkistanda 2020/2021 istehsal mövsümündə 975.000 hektar sahədə 762 min ton pambıq yetişdirildiyi təxmin edilir. Azərbaycan isə bu məhsulun hardasa 40%-ni ötən il 100 min hektardan toplayıb. Yəni hardasa 10 dəfə kiçik ərazidə 40%-lik nəticə.
Sözsüz ki, Azərbaycan fermerlərinin bu uğuru təsadüfən baş verməyib. Prezident İlham Əliyevin göstərişi və təlqinləri ilə fermerlərimiz yalnız məhsuldarlığı yüksək olan ərazilərdə pambıq əkiblər. Onların bir qismi ən müasir texnikalarla təchiz olunmuş aqroparklar tərəfindən becərilib. Bu da ümumi məhsuldarlığın artmasına kömək edib. Ötən aprel ayında Hacıqabuldakı “Azərsun Şamaxı Aqropark”ının açılışında iştirak edən Prezident İlham Əliyev AzTV-yə müsahibəsində də bu xüsusun üzərində dayanmış və demişdi:
“Aqroparkların üstünlüyü ondan ibarətdir ki, burada daha bol məhsul yetişdirilir və məhsuldarlıq da daha yüksəkdir. Bu, təbiidir, çünki burada ən müasir aqrotexniki tədbirlər tətbiq olunur”.
Prezident onu onu da vurğulamışdı ki, aqroparklarda məhsuldarlıq əksər hallarda ümumi məhsuldarlıqdan 2 dəfə çox olur. Odur ki, ölkədə taxılçılıqdan tutmuş pambıqçılığa, heyvandarlığa qədər bütün sahələrdə aqroparkların yaradılmasına başlamaq lazımdır.
Azərbaycanın fermer təsərrüfatlarını öz işlərinə həvəsləndirmək üçün həyata keçirdiyi subsidiya siyasəti də məhsuldarlığı artıran əsas amillərdən biridir. Konkret olaraq pambıqçılıqda subsidiya siyasətinin kompelks şəkildə həyata keçirildiyini görə bilərik. Məsələn, KTN-nin açıqlamasına görə, bu il pambıq istehsalı və emalı ilə məşğul olan şirkətlər məhsul yığımı ərəfəsində pambığın alış qiymətinin artırılması barədə qərar qəbul ediblər.
Bildirilir ki, şirkətlər arasında əldə olunan razılaşmaya əsasən, pambığın növlər üzrə mövcud alış qiymətlərində hər tona 50 manat əlavə edilib.
“2021-ci ilin məhsulu üçün 1-ci növün qiyməti 650 manatdan 700 manata, 2-ci növün qiyməti 630 manatdan 680 manata, 3-cü növün qiyməti 590 manatdan 640 manata, 4-cü növün qiyməti 550 manatdan 600 manata qaldırılıb.
Bu qərar fermerlərin məhsul istehsalına həvəsləndirilməsi üçün qəbul olunub”, - KTN-nin “Report”-a məlumatda belə deyilir.
Məlumatda o da vurğulanır ki, bu qiymət artımının əsas qayesu fermerlərin qazancını artmırmaqdır və Prezident İlham Əliyevin onlara “göstərdiyi qayğı və diqqətin növbəti təzahürüdür”.
Qeyd olunur ki, pambıqçılığın inkişafı dövlət tərəfindən dəstəklənir. Təhvil verilən pambığın hər tonuna görə fermerlərə 100 manat subsidiya ödənilir. Bundan başqa, fermerlər pambq əkdikləri sahənin hər hektarına görə 260 manat əkin subsidiyası alırlar.
Bütün bunlar isə, sözsüz ki, fermerlərin öz işlərinə bağlıqlarını və həvəslərini artırır, nəticədə Azərbaycan dünyanın ən inkişaf etmiş texnologiyaları ilə pambıq istehsal edən dövlətə çevilir. Söhbət burada, əlbəttə, kəmiyyətdə yox, keyfiyyətdə inkişafdan gedir.
Digər tərəfdən Azərbaycan təkcə xammal ölkəsi kimı yox, həm də tektil sənayesini inkişaf etdirməyə çalışan güc kimi ortaya çıxır. Azərbaycan Prezidenti İlham Əliyevin uzaqgörən siyasəti sayəsində ölkəmizin bir çox yerlərində tekstil müəssisələrinin yaradılması da fermerlərin alın tərinin su qiymətinə ixrac olunmasının qarşısını almağa, Azərbaycanın bu potensialının sənayeləşməyə yönəldilməsinə xidmət edir.
Mürvət Həsənli
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin