"Qarabağ" - "Aberdin" oyunu üçün satılmış biletlərin sayı açıqlandı

12:02 - 18 Avqust 2021

"Qarabağ" və Şotlandiyanın "Aberdin" klubları arasında UEFA Konfrans Liqasının pley-off mərhələsinin Bakıda keçiriləcək ilk oyunu üçün indiyədək satılmış biletlərin sayı bəlli olub.

Ağdam klubunun Mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadənin Manset.az-a verdiyi məlumata görə, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşmaya 5 min 500 bilet satılıb.

Matç üçün 15 min bilet satışa çıxarılıb. Qiymətlər sektorlar üzrə 3 manat, 5 manat, 10 manat, 20 manat və 30 manat arasında dəyişir.

Qeyd edək ki, avqustun 19-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Aberdin" oyunu saat 20:00-da start götürəcək. Cavab qarşılaşması bir həftə sonra Şotlandiyada baş tutacaq.


Xəbər xətti

20 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin