"Zirehli texnikaların ekipajları döyüş tapşırıqlarını icra edir" - MN

11:52 - 18 Avqust 2021

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq zirehli transportyorların (ZTR) ekipajları döyüş vərdişlərini təkmilləşdirir.

Bu barədə Manset.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Ümumqoşun poliqonlarında keçirilən təlimlər zamanı bölmələrin şəxsi heyəti ZTR ekipajları ilə qarşılıqlı əlaqədə müxtəlif döyüş tapşırıqlarını uğurla icra edir.

Məşqlərin əsas məqsədi şəxsi heyətin döyüş hazırlığının artırılması, döyüş maşınlarının çətin keçilən ərazilərdə idarə edilməsi və real döyüş şəraitində tətbiqi üzrə peşəkarlığın yüksəldilməsidir.



Xəbər xətti

20 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin