Ermənistanın müdafiə naziri bu vəzifəli şəxsləri hədələdi

08:30 - 18 Avqust 2021

Ermənistanın müdafiə naziri bu vəzifəli şəxsləri hədələdi

Ermənistanın müdafiə naziri Arşak Karapetyan hərbi bölmə rəhbərlərini vətəndaşlara xidmət keyfiyyətini yaxşılaşdırmağa və qaldırılmış məsələləri həll etməyə çağırıb. O, əks təqdirdə hərbçiləri məsuliyyətə cəlb edəcəyi ilə hədələyib.

Bu barədə Manset.az Ermənistan mediasına istinadən xəbər verir.

Karapetyan Müdafiə Nazirliyi bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilən müşavirədə bildirib ki, nazirliklə bağlı hüquq və sosial sənədlərin verilməsi prosesiylə əlaqədar vətəndaşlardan çoxlu şikayət alır.

Karapetyan işi yenidən təşkil etməyi əmr edərək, bölmə rəhbərlərinə göstərişlər verib.

“Vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətini əhəmiyyətli dərəcədə artırmaq, qaldırılan problemləri ağlabatan müddət ərzində həll etmək. Əks təqdirdə məsuliyyətə cəlb ediləcəksinz", - o deyib.


Xəbər xətti

25 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin