"Dünya tarixi Bakı nailiyyətinə şahid oldu" - Dövlət başçısı
24 Noyabr 2024
07:35 - 18 Avqust 2021
Şabran rayonunda on altı yaşına çatmayan qızla cinsi əlaqədə olmaqda ittiham olunan Elvin Əkbərovun barəsində cinayət işi başlanıb
Manset.az teleqraf-a istinadən xəbər verir ki, rayon sakini Elvin Əkbərova Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.
İttihama görə, Elvin Əkbərovun 15 yaşlı qızla cinsi əlaqədə olması barədə Şabran rayon polis şöbəsinə məlumat daxil olub.
Daxil olan məlumat əsasında araşdırma aparılıb və fakt öz təsdiqini tapıb.
Elvin Əkbərov saxlanılıb.
Onun barəsində olan cinayət işi üzrə istintaq tamamlanıb və baxılması üçün Şabran rayon Məhkəməsinə göndərilib.
Cinayət işi araşdırılması üçün hakim Çingiz İsgəndərovun icraatına verilib.
Məhkəmənin hazırlıq iclası avqustun 16-a təyin olunub.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin