COP29-da tarixi qərar qəbul olundu
24 Noyabr 2024
00:40 - 18 Avqust 2021
"Qarabağ"ın sabiq futbolçusu Donald Gerye faciə ilə üzləşib.
Manşet.az xəbər verir ki, haitili yarımmüdafiəçinin ailəsinin yaşadığı ev ölkədə avqustun 14-ü olan güclü zəlzələ nəticəsində tamamilə dağılıb.
32 yaşlı oyunçu həmvətənlərinə kömək etmək məqsədilə onlayn mətbuat konfransı təşkil edib və azarkeşlərdən kömək istəyib. Hazırda Polşada olan futbolçu 20 min dollar toplamaq istəyir. Gerye bütün məbləği zəlzələdən zərərçəkənlərə yardım üçün bağışlayacaq. Lakin indiyə qədər cəmi 300 dollardan az pul yığılıb.
Qeyd edək ki, Gerye Azərbaycanda “Qarabağ” və “Neftçi”də çıxış edib. O, 2017-ci ilin yayından 2019-cu ilin avqustuna və 2020-ci ilin iyulundan 2021-ci ilin fevralında qədər “Qarabağ”da, 2019-cu ilin avqustundan 2020-ci ilin yayına qədər “Neftçi”də oynayıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin