İnfeksionistdən sərtləşdirilmiş karantin XƏBƏRDARLIĞI

22:21 - 17 Avqust 2021

İnfeksionistdən sərtləşdirilmiş karantin XƏBƏRDARLIĞI

Bütün dünya “Delta” və ya Hindistan ştammı adlandırılan koronavirus növünün sürətlə yayılmasından narahatdır. Virus ştammının Azərbaycanda da aşkar olunmasından sonra ölkədə yoluxanların sayı kəskin şəklidə artıb və bu gün biz artıq pandemiyanın dördüncü dalğasını yaşayırıq.

Manşet.az xəbər verir ki, bunu COVID xəstəxanasının infeksionist mütəxəssisi Nicat Əzimli Media.Az-a Azərbaycanda mövcud pandemiya vəziyyətini şərh edərkən deyib.

Həkmin sözlərinə görə, bu gün ağır xəstələrin sayı, keçmiş koronavirus dalğaları ilə müqayisədə daha çoxdur. Xüsusilə də yaşlıların vəziyyəti ağırdır. Lakin gənclər və uşaqlar arasında da yoluxma hallarına daha tez-tez rast gəlinir.

“Əvvəllər azyaşlılarda xəstəlik simptomsuz keçsə də, indi uzun müddət aşağı düşməyən yüksək temperaturla müşaiyət olunur. Bütün bu amillər müalicə prosesini əhəmiyyətli dərəcədə çətinləşdirir, çox güclü dərmanlardan istifadə məcburiyyətini yaradır”, - deyə Əzimli bildirib.

O, dövlətin yaratdığı şərait sayəsində COVID xəstəxanalarında xəstələrə yüksək keyfiyyətli tibbi xidmət göstərildiyini də vurğulayıb. Hərçənd, bu günlərdə tibb müəssisələrinə böyük xəstə axınını nəzərə aldıqda, vəziyyətin tədricən mənfiyə doğru dəyişə biləcəyini də istisna etməyib.

“Bütün bunlar ölkəni karantin rejimini sərtləşdirməyə məcbur edəcək. Ancaq ədalətlə desək, vətəndaşların vaksinasiyaya müsbət münasibətinin artdığını görürük. Payızın gəlməsi ilə tənəffüs yollarının yoluxucu xəstəliklərinin say etibarilə artdığını hamı bilir. Bu hər il baş verən təbii bir prosesdir. Ancaq vətəndaşlar aktiv şəkildə peyvənd edilsə, bu risk heçə endiriləcək”, -deyə həkim əlavə edib.


Xəbər xətti

20 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin