"Qalatasaray"ın rəqibi müəyyənləşdi - Çempionlar Liqası

14:25 - 16 İyun 2021

UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin püşkü atılıb.

Manşet.az xəbər verir ki, tədbir İsveçrənin Nyon şəhərində gerçəkləşib. Azərbaycan təmsilçisi "Neftçi" I təsnifat mərhələsində Gürcüstanın "Dinamo" (Tbilisi) klubunu mübarizədən kənarlaşdırsa, Yunanıstan "Olimpiakos"u ilə üz-üzə gələcək.

Türkiyə təmsilçisi "Qalatasaray" isə Niderlandın PSV klubuna rəqib olub.

Çempionlar Liqası, II təsnifat mərhələsi

Çempionlar Yolu

"Dinamo" (Zaqreb, Xorvatiya) / "Valür" (İslandiya) cütü - "Omoniya" (Kipr)

"Slovan" (Bratislava, Slovakiya) / "Şemrok Rovers" (İrlandiya) cütü - "Yanq Boyz" (İsveçrə)

“Bude Qlimt” (Norveç) / "Legiya"(Polşa) cütü - "Flora" (Estoniya) / “Hamrun Spartans” (Malta) cütü

"Konnas-Ki Nomads" (Uels) / "Alaşkert"(Ermənistan) cürü - "Teuta" (Albaiya)/"Şerif" (Moldova) cütü

"Olimpiakos" (Yunanıstan) - "Dinamo" (Tbilisi, Gürcüstan) / "Neftçi" (Azərbaycan) cütü

"Makkabi" (Hayfa, İsrail) / “Kayrat” (Qazaxıstan) cütü - "Srvena Zvezda" (Serbiya)

“Fola Eş” (Lüksemburq) / "Linkoln" (Cəbəllütariq) cütü - ÇFR (Rumıniya) / "Borars" (Banya-Luka, Bosniya və Herseqovina) cütü

“Malmö” (İsveç) / "Riqa" (Latviya) cütü - HİK (Helsinki, Finlandiya) / "Buduçnost" (Monteneqro) cütü

“Ferentsvaroş” (Macarıstan) / İlkin mərhələnin qalibi cütü - "Jalgiris" (Litva) / “Linfild” (Şimali İrlandiya) cütü

"Şkendiya" (Şimali Makedoniya) / "Mura" (Sloveniya) cütü - "Lüdoqorets" (Bolqarıstan) / "Şaxtyor" (Soliqorsk, Belarus) cütü

Qeyri-çempionlar
"Rapid" (Vyana, Avstriya) - "Sparta" (Praqa, Çexiya)

"Seltik" (Şotlandiya) - "Midtüllan" (Danimarka)

PSV (Niderland) - "Qalatasaray" (Türkiyə)

Qeyd edək ki, II təsnifat mərhələsinin ilk oyunları 20-21 iyulda, cavab görüşləri 27-28 iyulda baş tutacaq.


Xəbər xətti

20 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin