Ağsuda dağlıq ərazidə yanğın söndürüldü

22:11 - 17 Avqust 2021

Ağsuda dağlıq ərazidə yanğın söndürüldü

Ağsu rayonunun Keşdiməz və Bico kəndləri yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə baş verən yanğın söndürülüb.

 

Bu barədə Manşet.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

 

Yanğın zamanı 100 ha sahədə quru ot və kol-kos yanıb.

 

Yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Mülki Müdafiə Qoşunlarının şəxsi heyəti, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin meşə təsərrüfatı idarəsinin ərazi üzrə yerli bölmələrinin əməkdaşları və yerli sakinlər (mürəkkəb relyefli dağlıq ərazi olduğu üçün əsasən əl əməyindən istifadə olunub) tərəfindən söndürülüb.

 

Yaxınlıqdakı ərazilər yanğından mühafizə olunub.


Xəbər xətti

20 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin