Qubada iki avtomobil toqquşdu- Xəsarət alanlar var

19:05 - 17 Avqust 2021

Qubada iki avtomobil toqquşdu- Xəsarət alanlar var

Quba rayonunda yol qəzası baş verib.

Manşet.az xəbər verir ki, hadisə Quba-Qonaqkənd yolunun birinci kilometrliyində qeydə alınıb.

Belə ki, işıqforun işləməməsi səbəbindən "Hyundai" və "VAZ-21015" markalı minik avtomobilləri toqquşub. Nəticədə zərbənin təsirindən VAZ markalı nəqliyyat vasitəsi aşıb, 2 nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Report


Xəbər xətti

20 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin