Təzminat verdiyim üçün çox peşmanam- Sərdar Ortaç

18:24 - 17 Avqust 2021

Təzminat verdiyim üçün çox peşmanam- Sərdar Ortaç

Türkiyəli müğənni Sərdar Ortaç keçmiş həyat yoldaşı Xloe Luqnanla bağlı növbəti dəfə qalmaqallı açıqlama verib.

Manşet.az axşam.az-a istinadən xəbər verir ki, ifaçı 500-dən çox bəstə yazdığını bildirib:

"Çox mahnı yazmışam. Hamısını çıxartmalıyam. Mən öldükdən sonra çıxmağının mənası yoxdur. Kitabxanamda ən az 500 mahnı ifa olunmağı gözləyir".

O, açıqlamasında Xloedən də söhbət açıb:

"Xloeyə qarğış etməmişəm. 10 ildir mənə qulluq edən və həyat yoldaşı olan bir qadını lənətləmirəm. Sadəcə dedim ki, üzünü şeytan görsün. Çünki ona qəzəblənmişdim. Bütün qazancım, cibimə girən hər qəpik keçmiş xanıma gedir. "Niyə təzminat verdiniz?" deyə soruşacaqsınızsa, "O zaman verdik, axmaqlıqdır". Təzminat verdiyim üçün çox peşmanam, amma ödəyəcəyəm. Əgər təzminat istəməsə, girov qoymasaydı peşman olmazdım. Sanki düşmənik... Məni sevdin, evləndin. İndi niyə evimə girov qoyursan, mənim bir evim var, onu da istəyirsən? Bu da qadın hüquqları".

Qeyd edək ki, Sərdar Ortaç daha əvvəl verdiyi açıqlamada Xloeyə 700 min (təxminən 139 min manat) lirə təzminat ödədiyini bildirmişdi.


Xəbər xətti

23 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin