Hava şəraiti ilə bağlı SARI XƏBƏRDARLIQ
25 Noyabr 2024
18:00 - 17 Avqust 2021
Məlum olduğu kimi, Əfqanıstanın bütün ərazisində vəziyyətə nəzarət “Taliban” hərəkatının əlinə keçəndən sonra ölkədə bir neçə yeni qayda tətbiq olunmağa başlayıb. Yeni qaydalardan biri də qadınların çadradan mütləq istifadəsidir.
Manşet.az xəbər verir ki, “CNN” televiziyasının müxbiri Clarissa Ward yeni qaydaya uyğun olaraq telekanalın canlı efirinə çadra ilə çıxıb. Clarissa Ward canlı çıxışı zamanı “Taliban” hərəkatının ölkədə hakimiyyətə gəlməsinin ilk günündə paytaxt Kabildə olan vəziyyət barədə məlumat verib. O bildirib ki, ölkədə ilk günlərdən geyimlə bağlı qaydalar da dəyişib.
C. Ward əlavə edib ki, “Taliban” əsgərləri hərəkətlərində əslində dünyaya hüquq və nizamı qoruya biləcəklərini göstərmək istəyirlər. O, həmçinin, Kabil hava limanında yaşanan dramı və xaosu da xatırladıb və bildirib ki, Əfqanıstanda tam bir çarəsizlik hökm sürür.
“CNN” müxbiri vurğulayıb ki, əsas məsələ əslində hazırda küçədə olan insanlar deyil, burada olmayanlar, özünü təhlükəsiz hiss etməyənlər və gələcəyi naməlum olanlardır: “Bu şəhərdə on minlərlə, bəlkə də yüz minlərlə gizlənən insan var. Biz onları görə bilmirik, bizimlə danışmırlar. Çünki çox narahatdırlar”.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin