300 milyard dolların təsdiqləndiyi an - VİDEO
24 Noyabr 2024
10:48 - 16 İyun 2021
"Real"la müqaviləsi başa çatan və yeni anlaşma imzalamaqdan imtina edən Serxio Ramos karyerasını Türkiyədə davam etdirə bilər.
Manşet.az xəbər verir ki, bu barədə "Radio Sevilla" məlumat yayıb. İddia olunur ki, keçmiş klubu "Sevilya"nın geri qaytarmaq istədiyi müdafiəçini heyətinə qatmaq istəyən "Qalatasaray" bu transfer üçün hərəkətə keçib.
Məlumata görə, "Qalatasaray" artıq "Kral Klubu"nun kapitanı və meneceri ilə danışıqlara start verib.
Qeyd edək ki, Ramos "Real"a 2005-ci ildə "Sevilya"dan 27 milyon avroya transfer olunub. Hazırda "Transfermarkt"ın 10 milyon avro qiymət qoyduğu 35 yaşlı stoper son mövsümdə forma geyindiyi 21 oyunda 4 qol vurub və 1 məhsuldar ötürmə edib.
Ramos kapitanı olduğu "Real"la İspaniya çempionluğunu (5 dəfə), ölkə kubokunu (2), Super Kubokunu (4), Çempionlar Liqasını (4), UEFA Super Kubokunu (3) və klublararası dünya çempionluğunu (4) qazanıb.
Müdafiəçi İspaniya millisində keçirdiyi 180 oyunda 23 qol vurub. O, yığmanın heyətində DÇ-2010-cu ildə dünya, 2008 və 2012-ci illərdə Avropa çempionu olub, 2009-cu ildə FIFA Konfederasiyalar Kubokunun bürünc, 2013-cü ildə gümüş medalını qazanıb.
Fanat.az
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin