Yığmamız son oyununda böyük hesabla məğlub oldu
20 Noyabr 2024
23:03 - 10 Noyabr 2022
Xalq artisti Brilliant Dadaşova "Bakı Taksi Xidməti"nin yeni nəsil avtomobillərini məsxərəyə qoyub.
Manset.az bizim.media-ya istinadən xəbər verir ki, sənətçi hava limanında qırmızı rəngdə olan taksilərin videosunu çəkərək sosial şəbəkə hesabında paylaşıb.
Dadaşova "Biraz gülək, ürəyimiz açılsın" başlığı altında yayımladığı görüntülərdə fikirlərini bu cür ifadə edib:
"Bu taksilər xoşuma gəldi. "Badımcan" adlı taksilərdən qutardıq keçdik "Pomidor" adlı taksilərə. Amma bunlar gəşəngdirlər (gülür)". Qeyd edək ki, 2012-ci ildə "Bakı Taksi Xidməti" ölkəyə tünd bənövşəyi rəngli "London taksi"lərini (əhali arasında "badımcan taksi” deyilirdi - red.) gətirib. İllər sonra bu nəqliyyat vasitələri daha müasir, qırmızı rəngli taksilərlə əvəz olunub. Onlar isə rənginə görə əhali arasında "pomidor taksi" kimi adlandırılıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin