Hulusi Akar Əfqanıstandakı vəziyyətlə bağlı müşavirə keçirdi

17:32 - 16 Avqust 2021

Hulusi Akar Əfqanıstandakı vəziyyətlə bağlı müşavirə keçirdi

Türkiyənin milli müdafiə naziri Hulusi Akarın başçılığı ilə Əfqanıstandakı son vəziyyətin müzakirəsi üçün müşavirə keçirilib.

Manşet.az xəbər verir ki, müşavirə videokonfrans formatında gerçəkləşdirilib.

Müşavirədə Silahlı Qüvvələrin Baş Qərargah rəisi Yaşar Gülər, Hərbi Hava Qüvvələrinin komandanı Hasan Küçükakyüz, həmçinin Əfqanıstandakı Türkiyə hərbi missiyasının komandanı iştirak edib.

Bildirilib ki, Türkiyə hərbçilərinin təhlükəsizliyi prioritet təşkil edir. Əfqanıstandakı son vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb, hadisələrinin inkişafının izləndiyi vurğulanıb.

report


Xəbər xətti

25 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin