Sabah bu ərazidə qaz olmayacaq - XƏBƏRDARLIQ
27 Noyabr 2024
15:26 - 10 Noyabr 2022
“Bu gün Azərbaycanda güzəştli ipotekaya çıxış imkanları kifayət qədər böyük təbəqəni əhatə edir”.
Manset.az “Report”a istinadən xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin İctimai birliklər və dini qurumlar, Elm və təhsil, Ailə, qadın və uşaq məsələləri, Səhiyyə, Mədəniyyət komitələrinin bu gün keçirilən birgə iclasında 2023-cü ilin dövlət büdcəsinin müzakirəsi zamanı mədəniyyət sahəsində fəaliyyət göstərən şəxslərə güzəştli şərtlərlə ipoteka verilməsi barədə təklifə münasibət bildirərkən qeyd edib.
“Bu təklif qiymətləndirilməlidir. Bu gün güzəştli ipotekaya çıxış imkanları kifayət qədər böyük təbəqəni əhatə edir. Biz bu sahəni sonsuz genişləndirə bilmərik”, - S.Şərifov qeyd edib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin