Prezident İlham Əliyev Fərman imzaladı
28 Sentyabr 2024
15:04 - 16 Avqust 2021
Yanğınların söndürülməsi ilə bağlı Prezident İlham Əliyevin tapşırığına əsasən, Türkiyəyə ezam olunan Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının bir qrupu Azərbaycana qayıdıb.
Manşet.az-xəbər verir ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin 165 nəfərlik şəxsi heyətini daşıyan təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.
Qeyd edək ki, ümumilikdə 743 nəfər şəxsi heyət və 93 ədəd texnika Vətənə yola düşüb. Şəxsi heyətin bir hissəsi təyyarə ilə, digərləri isə texnikalarla birlikdə avtomobil yolu ilə ölkəyə qayıdacaq. APA
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin