FHN-nin Türkiyədə yanğınların söndürülməsində iştirak etmiş əməkdaşlarının bir qrupu Azərbaycana qayıtdı

15:04 - 16 Avqust 2021

FHN-nin Türkiyədə yanğınların söndürülməsində iştirak etmiş əməkdaşlarının bir qrupu Azərbaycana qayıtdı

Yanğınların söndürülməsi ilə bağlı Prezident İlham Əliyevin tapşırığına əsasən, Türkiyəyə ezam olunan Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının bir qrupu Azərbaycana qayıdıb.

Manşet.az-xəbər verir ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin 165 nəfərlik şəxsi heyətini daşıyan təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.

Qeyd edək ki, ümumilikdə 743 nəfər şəxsi heyət və 93 ədəd texnika Vətənə yola düşüb. Şəxsi heyətin bir hissəsi təyyarə ilə, digərləri isə texnikalarla birlikdə avtomobil yolu ilə ölkəyə qayıdacaq. APA


Xəbər xətti

28 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin