İnsanlara vaksin əvəzinə duzlu su vuruldu

14:19 - 16 Avqust 2021

İnsanlara vaksin əvəzinə duzlu su vuruldu

Almaniyada koronavirus peyvəndi yerinə 8 min 600 adama duzlu su vurulub.

 

Manşet.az azxeber.com-a istinadən xəbər verir ki, dünyada koronavirusla mübarizədə peyvəndlənmə işləri sürətlə davam edərkən, Almaniyada bununla bağlı skandal yaşanıb.

 

Ölkənin şimalında bir peyvənd mərkəzində çalışan tibb bacısının koronavirus peyvəndi əvəzinə əksəriyyəti yaşlı olan 8600 adama duzlu su vurduğu məlum olub. Almaniya Səhiyyə Nazirliyi tibb bacısının etdiyi bu əməldən sonra minlərlə insanı yenidən peyvənd olunmağa çağırıb.

 

Tibb bacısının həbs edilib-edilməməsi ilə bağlı cəmiyyətə heç bir açıqlama verilməyib. Digər tərəfdən 83 milyon əhalisi olan Almaniyada indiyədək 95,3 milyon doza peyvənd vurulub. Əhalinin 55,2 faizi tam peyvənd olunub.


Xəbər xətti

25 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin