Müdafiə Nazirliyi Əfqanıstanda olan sülhməramlılarımız barədə məlumat yaydı

13:58 - 16 Avqust 2021

Müdafiə Nazirliyi Əfqanıstanda olan sülhməramlılarımız barədə məlumat yaydı

Kabul beynəlxalq hava limanının Azərbaycan sülhməramlılarının mühafizə və müdafiə etdikləri sektorunda hazırda gərginlik mövcud deyil.

Bu barədə Manset.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, şəxsi heyətin həyatı üçün heç bir təhlükə yoxdur.

Bölgədə mövcud gərgin vəziyyətdən asılı olmayaraq Azərbaycan Ordusunun 120 nəfərdən ibarət sülhməramlı bölməsi Türkiyə qüvvələri ilə birlikdə hava limanının təhlükəsizliyini təmin etmək məqsədilə xidməti vəzifələrinin icrasını davam etdirir.


Xəbər xətti

28 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin