Kürdəmir sakinindən "patı" və heroin AŞKARLANDI

09:16 - 16 Avqust 2021

Kürdəmir sakinindən

Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik maddələri qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan rayon sakini, 51 yaşlı Kamal İslamov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Manset.az-a verilən məlumata görə, onun üzərinə keçirilən baxış zamanı "patı" adlanan narkotik maddə olan metamfetamin və heroin aşkar edilərək götürülüb.

Faktla bağlı Kürdəmir RPŞ-də cinayət işi açılıb, araşdırmalar aparılır.

 


Xəbər xətti

28 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin