Bakıda dəhşətli görüntülər - Aptek müdiri xanım işçisini döydü
25 Noyabr 2024
21:33 - 15 Avqust 2021
“Əfqanıstanda hakimiyyətin rəsmi olaraq “Taliban” hərəkatına keçməsindən sonra, böyük ehtimalla ölkənin adı dəyişəcək”.
Manset.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının professoru, Hərbi Diplomatlar Liqasının vitse-prezidenti Vladimir Vinokurov RİA “Novosti”yə açıqlamasında deyib.
“Qəndəharı “Taliban” ələ keçirən zaman, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi Əşrəf Qani hökumətinin bundan sonra üç ay dayanacağını proqnozlaşdırdı. Onlara üç həftə vaxt verdim. Bu gün aydındır ki, Əfqanıstan tamamilə “Taliban”ın hakimiyyəti altındadır. Aydındır ki, çox yaxında bu ölkənin yeni adını, bəlkə də vahid xilafət kimi bir şey edəcəklər”, - deyə bildirib.
Onun sözlərinə görə, ABŞ-ın sözdə demokratik missiyasının nəticəsi olaraq “Taliban” hakimiyyəti sürətlə ələ keçirdi.
“Associated Press” məlumat yayıb ki, “Taliban” hərakatının üzvləri prezident sarayından Əfqanistan İslam Əmirliyinin yaradıldığını elan edəcəklər.
Qeyd edək ki, Əfqanıstan İslam Əmirliyi ölkə ərazisində 1996–2001-ci illərdə mövcud olub. Ad ölkəyə “Taliban” hərəkatı tərəfindən verilib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin