Günəşdən yanan saçları canlandırmaq üçün bunları EDİN

18:04 - 15 Avqust 2021

Günəşdən yanan saçları canlandırmaq üçün bunları EDİN

Tətildə, dənizdən çıxmamaq, günəşin altında saatlarla yatmaq saçları da zədələyir. Saç ucları quruyur, rəngi solur, qırılmalar çoxalır. Nəticədə cansız saçlar ortaya çıxır.

 

Manset.az günəşdən zədələnən saçlar üçün baxım sirrləri təqdim edir:

Günəşdən quruyan və solan saçların nəmləndirilməsi mütləqdir. Tətildən qayıdandan sonra istifadə edəcəyiniz şampunun nəm tərkibi olmasına diqqət edin. Quru saçlar üçün hazırlanan şampunlar saçınıza xeyirlidir. Bununla yanaşı çoxlu su içməniz məsləhətdir.

Saç baxım yağlarını unutmayın. Gün ərzində saçlarınızın sağlam və daha yumşaq olması üçün saç baxım yağlarından istifadə edin.

İstidən uzaq olun. Çalışın saçlarını fenləməyin. Bir müddət isti fendən istifadə etməyin.

Tətildən sonra maskalardan istifadə edin. Həftədə bir və ya iki dəfə müxtəlif maskalar çəkin. Çalışın saç nəmləndirən vasitələr olsun.

 

 

 

Axşam.az


Xəbər xətti

28 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin