Mətbuat xidmətlərinin rəhbərləri üçün təşkil edilən master-klass yekunlaşdı

10:19 - 4 Noyabr 2022

Mətbuat xidmətlərinin rəhbərləri üçün təşkil edilən master-klass yekunlaşdı

MTM (Media Təhlil Mərkəzi) Heydər Əliyev Mərkəzi və Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) dəstəyi ilə mətbuat xidmətlərinin rəhbərləri üçün təşkil edilən master-klass yekunlaşıb.

 

Manset.az xəbər verir ki, mətbuat xidmətlərinin fəaliyyətinin effektivliyinin artırılmasına xidmət edən master-klassın proqramına peşəkar mətbuat ofisinin təşkili, jurnalistlərdən gələn sorğuların səmərəli şəkildə cavablandırılması, onların suallarına vaxtında dəqiq cavab verilməsi, Britaniya və Amerikadakı hökumət qurumları tərəfindən idarə olunan veb-saytların nümunəsində bütün məlumatların müfəssəl yer aldığı peşəkar veb-saytın təşkili, inandırma psixologiyası və digər aktual mövzular daxil edilib.

1-3 noyabr tarixlərində keçirilən master-klassda iştirakçılar müzakirələrə qoşularaq press-relizlərin hazırlanma forması və sosial media təşəbbüslərinin inkişaf etdirilməsi ilə bağlı sessiyalara qatılıblar. Master-klassın sonuncu günündə iştirakçılar sertifikatlarla təltif olunublar.


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin