Bakıda ağaclıq ərazi yanır

11:03 - 15 Avqust 2021

Bakıda ağaclıq ərazi yanır

Bakıda yanğın hadisəsi qeydə alınıb.

Bu barədə Manset.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir. Nazirliyin "112" qaynar telefon xəttinə, Nəsimi rayonu, Nəsib bəy Yusifbəyli küçəsində, ağaclıq ərazidə yanğın hadisəsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin şəxsi heyəti yanğınsöndürmə işlərinə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər həyata keçirilir.

İlkin məlumata əsasən, təxminən 75 m² ərazidə təkər tullantıları yanır.

Əlavə məlumat veriləcək.


Xəbər xətti

20 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin