Hulusi Akar Türkiyə - İran sərhədinə getdi

17:30 - 14 Avqust 2021

Hulusi Akar Türkiyə - İran sərhədinə getdi

Türkiyənin milli müdafiə naziri Hulusi Akar Türkiyə-İran sərhədinə baş çəkib.

Manşet.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında məlumat verilib.

Nazir Vanda helikopterlə sərhəd xəttindəki vəziyyətlə tanış olub. Daha sonra nəzarət-müşahidə məntəqələri ilə tanış olan nazir əsgərlərlə görüşüb. H.Akar hərbçilərə Türkiyə bayrağını təqdim edib.

Görüşdə həmçinin Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Yaşar Gülər, Quru Qoşunları komandanı Musa Avsever iştirak edib.


Xəbər xətti

28 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin