Ermənistanda koronavirusa yoluxanların sayı 234 mini keçdi

13:44 - 14 Avqust 2021

Ermənistanda koronavirusa yoluxanların sayı 234 mini keçdi

Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 430 yoluxma halı qeydə alınıb.

Manset.az "Sputnik Armenia"-ya istinadən xəbər verir ki, ölkədə indiyə qədər koronavirusa yoluxanların ümumi sayı 234227-yə çatıb.

Son 24 saat ərzində ölkədə COVID-19-dan 7 ölüm halı qeydə alınıb bununla da Ermənistanda infeksiyaya yoluxaraq ölənlərin ümumi sayı 4685 nəfərə çatıb.


Xəbər xətti

28 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin