Azərbaycanda bu məşhur müğənni axtarışa verildi - SƏBƏB (FOTO)

11:32 - 27 Oktyabr 2022

Azərbaycanda bu məşhur müğənni axtarışa verildi - SƏBƏB (FOTO)

Müğənni Afət Fərmanqızı barəsində axtarış elan edilməsi ilə bağlı qərardan verilmiş kassasiya şikayətinə baxılıb.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, Ali Məhkəmədə hakim İlkin Rəcəbovun sədrliyi ilə baxılan iş üzrə qərar elan edilib. Qərara əsasən, şikayət əsassız hesab olunaraq rədd edilib.

Afət Fərmanqızı barəsində axtarış qərarı qüvvədə qalıb.

Xalq artisti Flora Kərimovanın vəkili Xavər Həsənova məlumatı təsdiq edib.

Qeyd edək ki, Xalq artisti Flora Kərimova müğənni Afət Fərmanqızı barəsində xüsusi ittiham qaydasında məhkəməyə müraciət edib.

İş Binəqədi Rayon Məhkəməsində hakim Mahirə Kərimovanın icraatına verilib.

Müğənni Afət Fərmanqızı məhkəməyə gəlmədiyi üçün cinayət işi üzrə icraat müvəqqəti dayandırılıb və onun barəsində həbssiz axtarış elan olunub.

Xüsusi ittihamçısı Afət Fərmanqızının Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə ittiham edir.

Afət Fərmanqızının axtarışı ilə bağlı qərar verildi


Xəbər xətti

20 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin