Bakıda aptekdən dəhşətli görüntülər - Qadın vəhşicəsinə döyüldü
25 Noyabr 2024
08:41 - 14 Avqust 2021
Ermənistanda təhsil, elm, mədəniyyət və idman naziri Vaqram Dumanyanın oğlu Qevorq qəza törədib.
Bu barədə Manset.az “Shamshyan.com”a istinadən xəbər verir.
Hadisə Yerevan şəhərinin Çarab Axbyur küçəsində baş verib. Belə ki, nazir oğlunun “Mercedes” markalı avtomobili “BMW” və “Toyota” markalı nəqliyyat vasitələri ilə toqquşub.
Yol qəzası nəticəsində xəsarət alan olmayıb.
Sayt xatırladıb ki, nazirin oğlu hazırda əsgərlikdə olmalıdır. Nazir sosial şəbəkədə bildirib ki, oğlu Kompyuter Elmləri və Tətbiqi Riyaziyyat fakültəsinin üçüncü kursunu bitirdikdən sonra möhlət hüququndan imtina edərək orduda xidmətə yollanıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin