Türkiyənin üç əyaləti təbii fəlakət zonası elan edildi

23:55 - 13 Avqust 2021

Türkiyənin üç əyaləti təbii fəlakət zonası elan edildi

“Kastamonu, Bartın və Sinopu təbii fəlakət zonası olaraq elan edirik”.

Manşet.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kastamonunun Bozkurt rayonunda vətəndaşlara müraciətində deyib.

"Bu günə qədər zəlzələdən selə və yanğınadək yaşadığımız hər hadisədə Türkiyədə heç kimsənin sahibsiz olmadığını dosta da, düşmənə də göstərdik, bundan sonra da bu belə olacaq”, - deyə Ərdoğan vurğulayıb.

Qeyd edək ki, Türkiyədə son iki gün ərzində Kastamon, Bartın və Sinopda baş verən sel nəticəsində ölənlərin sayı 31 nəfərə çatıb.


Xəbər xətti

25 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin