Bakının məşhur dairəsinə tıxacı aradan qaldırmaq üçün işıqforlar QURAŞDIRILACAQ

22:45 - 13 Avqust 2021

Bakının məşhur dairəsinə tıxacı aradan qaldırmaq üçün işıqforlar QURAŞDIRILACAQ

Qara Qarayev prospektində yerləşən Dakar dairəsi adlanan yerdə tıxacları aradan qaldırmaq üçün işıqforlar quraşdırılacaq.

Manset.az bildirir ki, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) Yol hərəkətinin təşkili şöbəsinin müdiri Tərlan Səfərov deyib.

Onun sözlərinə görə, bu məsələ Baş Dövlət Yol Polisi İdarəsi ilə də razılaşdırılıb: "Həmin ərazidə dairəyə giriş hissələrdə təxminən 30 metr məsafədə işıqforlar quraşdırmaqla nəqliyyat vasitələrinin hərəkətini tənzimləyəcəyik. Bununla da nəqliyyat vasitələri dairəyə pilləli daxil olacaqlar. Yaxın zamanda bu layihəni reallaşdıracağıq və problemi həll edəcəyik".



Xəbər xətti

28 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin