Gələn il büdcənin gəlirləri belə proqnozlaşdırılır

09:52 - 25 Oktyabr 2022

Gələn il büdcənin gəlirləri belə proqnozlaşdırılır

Gələn il Azərbaycan dövlət büdcəsinin gəlirləri 30,7 milyard manat proqnozlaşdırılır.

 

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Manset.az-a daxil olan məlumatda bildirilir ki, “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsi oktyabrın 24-də Milli Məclisə daxil olub.

Gələn il üçün  dövlət büdcəsinin gəlirləri ölkə tarixinin ən yüksək göstəricisi olmaqla, 2022-ci illə müqayisədə 5,2 faiz, 2021-ci illə müqayisədə isə 16,4 faiz çoxdur.


Xəbər xətti

26 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin