Yığmamız son oyununda böyük hesabla məğlub oldu
20 Noyabr 2024
21:40 - 24 Oktyabr 2022
90-cı illərin məşhur Türkiyəli model Sinem Üretimmen vəfat edib. Bir müddətdir xərçəng xəstəliyindən müalicə olunan model və aktrisa Sinem Üretimmen 51 yaşında dünyasını dəyişib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, xəbər verir ki, uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkən 51 yaşlı Sinem evtanaziya yolu ilə (sağalmaz xəstəlikdən əziyyət çəkən insanın öz istəyi ilə həyatdan məhrum edilməsi) dünyasını dəyişib.
O, xəstəlik bədəninə yayılaraq metastaz verdiyindən ağrılara dözə bilməyib.
Qeyd edək ki, keçmiş model 1971-ci ildə anadan olub. Sinem Üretimmen 1994-cü ildə çəkdiyi “Bir Payız Hekayəsi” filmi ilə tamaşaçıların qarşısına çıxıb. Həmçinin 1995-ci ildə “Zipçıktı", 1996-cı ildə “Sweet Crackers” və 1998-ci ildə “Hörümçək” seriallarında rol alıb.
Sinem Üretimmen iki qız anası olub.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin