Zaqalada baş verən yanğında Satıcı öldü

21:34 - 13 Avqust 2021

Zaqalada baş verən yanğında Satıcı öldü

Zaqatalada mağazada yanğın olub, satıcı yanaraq ölüb.

 

Manşet.az-ın məlumatına görə, hadisə bu gün axşam saat 19:30-da rayonun Mosul kəndi ərazisində fəaliyyət göstərən qarışıq mallar mağazasında baş verib.

 

Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti cəlb edilib. Yanğın qısa müddət ərazində məhdudlaşdırılıb, onun tam söndürülməsi istiqamətində iş aparılır.

 

Yanğın zamanı mağazada satıcı işləyən gənc müxtəlif dərəcəli ağır yanıq xəsarətləri alıb. Gənc Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılarkən aldığı ağır yanıq xəsarətlərindən yolda dünyasını dəyişib.

 

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti

28 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin