Gürcüstan Ukraynaya NOTA VERDİ

20:21 - 13 Avqust 2021

Gürcüstan  Ukraynaya NOTA VERDİ

Gürcüstan Xarici İşlər Nazirliyi Ukraynaya məxsus bir şirkətin separatçıların nəzarəti altında olan Abxaziyaya səyahət turları təşkil etdiyinə görə bu ölkəyə nota verib.

Manşet.az xəbər verir ki, məlumatı Ukraynanın Xarici İşlər Nazirliyinin nümayəndəsi Oleq Nikolenko təsdiqləyib.

Nikolenko qeyd edib ki, Kiyev Tiflislə strateji tərəfdaşlığı yüksək qiymətləndirir və sözügedən firmanın bu cür fəaliyyətini tamamilə qəbuledilməz hesab edir.

Qeyd edək ki, bir sıra KİV-lərdə Ukraynanın “Kuluar hike” adlı turizm şirkətinin Rusiyada, eləcə də Abxaziyada dağ turları təşkil etməsi barədə məlumatlar yayılmışdı.


Xəbər xətti

25 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin