Vaksin olunanlar da yenidən Virusa yoluxacaqlar

19:44 - 13 Avqust 2021

Vaksin olunanlar da yenidən Virusa yoluxacaqlar

Hazırda yoluxma sayının artması normaldır. Bu gün xəstələr ötən ilin aprel, may aylarına nisbətən virusu yüngül keçirdirlər”.

 

Manşet.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında professor Mübariz Əliyev ölkədə vaksinləşmə prosesinin sürətlə aparıldığı zamanda günbəgün artan yoluxma sayından danışarkən deyib. Professor bildirib ki, vaksin olunanlar da yenidən virusa yoluxacaqlar, amma:

 

 

"Birincisi, ölkə əhalisinin yarıdan çoxu vaksinləşməyib. Vaksin vurmaq o demək deyil ki, həmin insanlar yoluxmayacaqlar. Vaksin vurmaq o deməkdir ki, adamlar virusa yoluxacaqlar, amma reanimasiyaya düşməyəcəklər. Heç vaxt deyilməyib ki, vaksin vurduranlar bir də virusa yoluxmayacaq. Yoluxacaqlar, sadəcə xəstəliyi yüngül keçirəcəklər. Hazırda yoluxma sayı artsa da, ağır xəstələrin sayı azdır, xəstəliyi daha yüngül keçirdirlər. İnsanlar Sars-CoV-2-nin əvvəlki mutasiyasına A-B-S qrupuna görə vaksinasiya olunub. İndi bunun ardınca virusun başqa mutasiyaları - D-E qrupları gələcək. Bu mutasiyalara isə vaksin əvvəlki mutasiyalara nisətən daha zəif təsir göstərəcək. Ona görə də lazım gəlsə, bir də vaksinasiya aparılacaq. Bunların hər birinin izahı verilib”.

 

Mübariz Əliyev əlavə edib ki, koronavirusu proqnozlaşdırmaq mümkün deyil:

 

"Karantin də ola bilər, sərtləşdirilmə də. Amma bu gün həmin vəziyyət yetişməyib. Yetişəndə buna gediləcək”.

 


Xəbər xətti

28 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin