Bu gün Azərbaycanda Neftçilər günüdür
20 Sentyabr 2024
18:43 - 13 Avqust 2021
Hazırda Azərbaycanda pərakəndə satış aptekləri mövcuddur. Dövlət xəstəxanalarında xəstəxana daxilində apteklər və xəstəxanada xidmət göstərən imtiyazlı apteklər mövcuddur.
Manşet.az xəbər verir ki, bunu TƏBİB-in Feysbuk səhifəsindəki canlı yayımda Dərman və tibb vasitələri departamentinin rəhbəri Elmin Quliyev bildirib.
Onun sözlərinə görə, dövlət xəstəxanalarında xəstəxana daxilindəki apteklər və orada xidmət göstərən imtiyazlı apteklərin fəaliyyətinə TƏBİB və qurumun müvafiq Dərman və tibb vasitələri departamentinin əczaçılıq xidmətləri şöbəsi nəzarət edir:
"Pərakəndə satış aptekləri, özəl apteklərə və yaxud hər hansı şirkət apteklərinə isə Səhiyyə Nazirliyi və Nazirliyin alt qurumu olan Analitik Ekspertiza Mərkəzi nəzarət edir".
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin