Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 700 minə çatdı

14:30 - 22 Oktyabr 2022

Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 700 minə çatdı

Bu il oktyabr ayının 1-nə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 5,2% artaraq 699 553 olub.

 

Manset.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.

Yanvar-sentyabr ayları ərzində aktiv ƏDV ödəyicilərinin sayı 9,8% artıb və 38 081 vahid təşkil edib. Aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə ilin əvvəli ilə müqayisədə 2,9% artaraq 188 690-a çatıb.


Xəbər xətti

26 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin